12.01.2017

Qax şəhər 2 nömrəli məktəb-liseydə təşkil olunmuş “Özfəaliyyət” dərnəyi şagirdlərin böyük marağına səbəb olub.

      Qax şəhər 2 nömrəli məktəb-liseydə şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması, dünyagörüşlərinin formalaşdırılması məqsədilə bir çox dərnəklər fəaliyyət göstərir. Bu dərnəklərdən biri də məktəb-liseydə ictimai əsaslarla təşkil olunmuş “Özfəaliyyət” dərnəyidir. Özfəaliyyət dərnəyinin rəhbəri məktəbin musiqi müəllimi Dünya Məmmədovadır. Dərnəyin müxtəlif yaş qruplarında 30-dan çox üzvü vardır. Dərnək üzvləri məktəb-liseyin bütün tədbirlərində öz ifaları ilə tədbir iştirakçılarını heyran qoyur. Məktəb-liseyin müəllimləri də dərnəyin fəaliyyətinə öz töhfələrini verirlər. Belə ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Gülbəniz Seyidova və başqaları şagirdlərin asudə vaxtının səmərəli təşkilində yaxından iştirak edir. Multikulturalizmə həsr olunmuş “ Dünyanın rəngləri” adlı tədbirdə ifa olunan eyni adlı mahnının sözləri Gülbəniz Seyidovanın, musiqisi isə Dünya Məmmədovanındır. Müəllimlərin bundan başqa da birgə bir neçə mahnıları var.