16.01.2017

Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin seminarı keçirilib.

      Yanvarın 16-da IX siniflərdə bu ilki buraxılış imtahanlarının keçirilmə qaydası və məzmunu ilə bağlı rayonun ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin seminarı keçirilib. Seminarda IX siniflərdə buraxılış imtahanlarında yeni qaydalar və bununla əlaqədar yarana biləcək suallar, buraxılış imtahanlarının I mərhələsində Azərbaycan dili fənni üzrə veriləcək açıq tipli sual nümunələri müzakirə olunub.