19.01.2017

Zəyəm kənd tam orta məktəbində kimya gecəsi keçirilib.

      Zəyəm kənd tam orta məktəbində kimya gecəsi keçirilib. Gecədə məktəbin VII-XI sinif şagirdləri iştirak edib.Tədbirin təşkilatçısı məktəbin kimya müəllimi Laləzar Ağayeva çıxış edərək kimya elminin  inkişaf yolu haqqında, kimyəvi elementlərin və kimyəvi biliklərin insanların gündəlik həyatında oynadığı rol barəsində məlumat verib.  Şagirdlər tərəfindən kimya elminin sıx əlaqədə olduğu digər elmlər haqqında əyləncəli səhnəcik nümayiş etdirilib. VIII-IX sinif şagirdləri tərəfindən aparılan bir-birindən maraqlı təcrübələr şagirdlərin böyük marağına səbəb olub. Tədbirin keçirilməsində məqsəd şagirdlərin kimya fənninə olan həvəsini daha da artırmaqdır.