11.09.2017

II, V, VI sinif rəhbərləri ilə fövqəladə hallar və mülki müdafiə seminarı keçirilib

Sentyabrın 7-də Qax  şəhər 5 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərinin II, V, VI sinif rəhbərləri üçün Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin əməkdaşları tərəfindən fövqəladə hallar və mülki müdafiə seminarı keçirilib. Seminarda Azərbaycan Respublikasının mülki müdafiəsi, onun məqsədi və vəzifələri, fövqəladə hallar zamanı davranış və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, ilkin tibbi yardımın göstərilməsi barəsində müəllimlərə geniş izahat verilib.

Həmçinin seminar zamanı qeyd olunan mövzularla əlaqədar video slaydlar nümayiş olunub, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

              Qeyd edək ki, təlimlərin sentyabrın 9-dək davam etməsi nəzərdə tutulub.


Açar sözlər: ,