13.09.2017

Qax rayonunda müəllimlərin sentyabr konfransının bölmə iclasları keçirilib

     Sentyabrın 13-də  Qax rayonunda müəllimlərin sentyabr konfransının bölmə iclasları keçirilib. İclas 24 bölmə (18 azərbaycan, 6 gürcü bölməsi) üzrə müəyyənləşib: ibtidai təhsil, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat-informatika, fizika və astronomiya, kimya-biologiya, tarix, coğrafiya, təsviri-incəsənət, xarici dillər, nəğmə və musiqi, fiziki-tərbiyə. texnologiya, gənclərin çağırışaqədərki hazırlığı, kitabxanaçılar, uşaq birliyi və məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, məktəbrəhbərləri, praktik psixoloqlar, təlim-tərbiyə işləri üzrə direktor müavinləri ,tərbiyə işləri üzrə direktor müavinləri.

      Bölmələrdə  yeni tədris ilində qarşıda duran vəzifələr, görüləcək işlərtəhsil sahəsində baş verən yeniliklər, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanının nəticələri və s. məsələlər müzakirə olunub.

      Bölmə iclasının sonunda  təklif, irad və rəylər ümumiləşdirilərək Təhsil İnstitutuna göndərilib.

 


Açar sözlər: ,