15.09.2017

Qax rayonun ümumtəhsil müəssiələrində də 15 sentyabr "Bilik günü" kimi qeyd olunub

             Respublikanin bütün ümumtəhsil müəssisələrində olduğu kimi Qax rayonun ümumtəhsil müəssiələrində də 15 sentyabr "Bilik günü" kimi qeyd olunub. Təntənəli tədbirlərdə şagirdlər, müəllimlər, valideynlər, Qarabağ müharibəsi və əmək veteranları, ictimaiyyət nümayəndələri iştirak edib. Bu ilki tədris ilində rayonun ümumtəhsil məktəblərinin birinci sinfinə 667 nəfər şagird qəbul olunub. İlk zəng mərasimi rayonun bütün umumtəhsil müəssisələrində böyük ruh yüksəkliyi ilə qeyd olunub.