18.09.2017

Qax şəhər 5 №-li tam orta məktəbdə “Milli Musiqi Günü”nə həsr edilmiş tədbir keçirilib

          Sentyabrın 18-də Qax şəhər 5 №-li tam orta məktəbdə “Milli Musiqi Günü”nə həsr edilmiş tədbir keçirilib.                   

        Məktəbin musiqi müəllimi Ruhəngiz Musayeva tədbirdə çıxış edərək dahi bəstəkarımız  Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına dair məlumat verib. Bildirib ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün Azərbaycanın hər yerində silsilə tədbirlər keçirilir. Şərqdə ilk operanın banisi olan Üzeyir Hacıbəylinin ədəbi irsi  çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Ən əsası isə görkəmli sənətkarımız hər birimizin dərin məhəbbətlə sevdiyi dövlət himnimizin musiqisini bəstələyib.

          Tədbir məktəbin istedadlı şagirdlərinin çıxışları ilə davam etdirilib.