19.09.2017

Qax şəhər 3№-li tam orta məktəbdə Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib

        21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə  müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkədə 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir.

        Aylıq çərçivəsində rayonumuzun ümumtəhsil məktəblərində silsilə tədbirlər təşkil olunub. Sentyabrın 19-da Qax şəhər 3№-li tam orta məktəbdə Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib.  Tədbirdə 21 sentyabr - Beynəlxalq Sülh Gününün yaranma tarixi, “Sülh aylığı”nın mahiyyəti barədə məlumat verilib. Şagirdlərin “Sülh günü” mövzusunda cəkdiyi rəsmlər nümayiş etdirilib.