21.09.2017

“Avropa Avtobus Turu”nun növbəti dayanacağı Qax rayonu  olub

        “Avropa Avtobus Turu”nun növbəti dayanacağı Qax rayonu  olub. Sentyabrın 20-də Qax şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə şagirdlərə Avropa İttifaqı və onun tarixi barədə təqdimat nümayiş olunub. Tədbir şagirdlərə Avropa nağıllarının oxunması və "Mənim Avropam" adlı rəsm müsabiqəsi ilə davam edib. Daha sonra rəsm müsabiqəsinin iştirakçılarına 138 illik tarixi olan Şəki Dövlət Dram Teatrında  "Kralın yeni libası" tamaşası nümayiş etdirilib.