26.09.2017

"Təhsildə keyfiyyət ili" elan olunması qarşımızda çox böyük vəzifələr qoyub

2017-2018-ci dərs ilinin "Təhsildə keyfiyyət ili" elan olunması qarşımızda çox böyük vəzifələr qoyub.”  Bu fikirlər Qax şəhər 1 nömrəli tam orta məktəbin rus dili müəllimi Mirvari Əliyeva tərəfindən səsləndirilib.

Mirvari Əliyeva eyni zamanda  IX sinfin sinif rəhbəridir. Rəhbəri olduğu sinfin buraxılış sinfi olduğunu qeyd edən müəllim bildirib ki, hər gün müntəzəm olaraq öz sinfimdə bir neçə saat dərsdə iştirak edirəm. Bununla da şagirdlərdən hansının dərslərə yaxşı hazırlaşdığını, hansının təlimdən geri qaldığını müəyyənləşdirərək həm fənn müəllimləri, həm şagirdlər, həm  də valideynlərlə fərdi qaydada söhbət aparıram.  Mən də bir müəllim kimi üzərimə düşən vəzifəni məsuliyyətlə dərk edir, şagirdlərimizin təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşmasına çalışıram.