03.10.2017

Məktəblilərimiz “Əlaçı” intellektual oyunun televiziya çəkilişlərində iştirak etmək hüququ qazanıblar

Qax rayon təhsil müəssisələrinin məktəblilərindən ibarət iştirakçılar Azərbaycan Respublikasının Təhsil Nazirliyi və GameTV.az prodüser mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan “Əlaçı” intellektual oyunun ilk mərhələsində qalib olaraq televiziya çəkilişlərində iştirak etmək hüququ qazanıblar. Qalib olmuş şagirdlər  Qax şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bayramlı Günel Vüqar qızı, Qax şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Möhsümova Lalə İlqar qızı, Qaratala kənd tam orta məktəbin XI sinif şagirdi Musayev Toğrul Əhmədiyyə oğludur.

Qeyd edək ki,  oktyabrın  6-da Bakı Kristal Zalında  “Əlaçı” verilişinin televiziya çəkilişləri baş tutacaqdır. Qalib olmuş şagirdlərimizə uğurlar arzulayırıq.