06.10.2017

Qax rayon Güllük kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib

       Oktyabrın 6-da Qax rayon Güllük kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib. Tədbirdə Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev, şöbənin yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru, polis baş leytenantı B.Nəsibov,  məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir iştirakçıları tütünün və narkomaniyanın törətdiyi fəsadlardan, narkomaniyanın yayılması, müalicəsi və ondan qorunma yollarından söhbət açıb. Tədbirin sonunda məktəb direktoru F.İsayeva belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.