18.10.2017

Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

Oktyabrın 18-də Qax rayon ümumtəhsil müəssisələrində Milli Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərinin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir.

Tədbirlərdə şagirdlər tərəfindən Milli Müstəqillik Gününə həsr olunmuş şeir və mahnılar səsləndirilib, həmçinin dövlət müstəqilliyindən bəhs edən videoçarxlar nümayiş etdirilib.