15.01.2018

20 Yanvar faciəsi şagirdlərin gözü ilə

Qax rayonu İlisu kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar məktəbin tədbirlər planına müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilib.

“20 Yanvar faciəsi şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi,  inşa müsabiqəsi keçirilib. Eyni zamanda məktəbin VI-VII sinif şagirdlərinin iştirakı ilə “Hər zaman qəlbimizdəsiniz” adlı tədbir keçirilib. Tədbirdə 20 Yanvar faciəsini əks etdirən videoçarxlar nümayiş etdirilib, şeirlər, bayatılar səsləndirilib, şəhidlərin həyatına həsr olunmuş qısa səhnəciklər nümayiş etdirilib.