17.01.2018

Qüvvət elmdədir, başqa cür hec kəs Heç kəsə üstünlük eyləyə bilməz.

Qax şəhər 1 nömrəli tam orta məktəbdə “Qüvvət elmdədir, başqa cür hec kəs, heç kəsə üstünlük eyləyə bilməz” adlı bilik yarışı keçirilib.

Bilik yarışı məktəbin V-VI sinif şagirdləri arasında təşkil olunub. Suallar Azərbaycan dili və ədəbiyyatı fənninə, xüsusilə  də dahi şairimiz Nizami Gəncəvi yaradıcılığına həsr olunub. Yarış zamanı şagirdlər tərəfindən həm də Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.

 Fənn müəllimi Rahimə Məmmədova və məktəbin tərbiyə işləri üzrə direktor müavini Fətmət Rəşidova  hər komandanın cavabını ballar üzrə qiymətləndirərək, qalib komandanı müəyyən ediblər. Sonda “Zəka” komandası qalib elan olunub, komanda üzvləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.


Açar sözlər: ,