18.01.2018

Monqol dünyasının ən böyük xanı Çingiz xan

Qax şəhər 1 nömrəli tam orta məktəbdə təhsilin keyfiyyətinin artırılması məqsədilə tarix müəllimi Məryəm Əfəndiyevanın VII sinif şagirdləri ilə birgə təşkil etdiyi “Monqol dünyasının ən böyük xanı Çingiz xan” adlı tədbir keçirilib.

Tədbirdə  “Monqol dünyası və Çingiz xan” mövzusunda slaydlar, “Monqolustan bu gün” adlı film nümayiş etdirilib, şagirdlərin hazırladığı referatlar dinlənilib. Sonda şagirdlərin hazırladığı səhnəcik nümayiş etdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.