18.01.2018

20 Yanvar şəhidlərinin xatirəsi  yad edilib

         Qax rayonu Tasmalı kənd tam orta məktəbində  20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.  Məktəbdə  “Şəhidlər  xiyabanı  bizim  and  yerimizdir” mövzusunda ümumməktəb tədbiri keçirildikdən sonra 20 Yanvar  şəhidlərinin  xatirəsi naminə yürüş təşkil edilib.

           Məktəbin müəllim və şagird kollektivi tərəfindən kənddə yerləşən “Ana abidəsi”  önünə,   şəhidlərin  məzarları  üzərinə çiçək dəstələri qoyulub.


Açar sözlər: ,