23.01.2018

Aprel döyüşlərinin iştirakçısı Ervin Hafizovla görüş

Qax rayonu Cəlayir kənd tam orta məktəbində hərbi rəhbər Qurban Əliyevin təşkilatçılığı ilə "Veteranlarla görüş" keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, IX-XI sinif şagirdləri, kənd İnzabi Ərazi İcra Dairəsi üzrə nümayəndə Şahid Hafizov, bələdiyyə sədri Turan Heydərov, müharibə veteranları, şəhid ailələri, zabitlər iştirak edib.

Aprel döyüşlərinin iştirakçısı, "İgidliyə görə" medalı ilə təltif olunmuş, kəşfiyyatçı, məktəbin yetirməsi mayor  Ervin Hafizovun döyüşlə bağlı xatirələri maraqla dinlənilib. Məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şerlər və mahnılar səsləndirilib. Tədbirdən sonra şəhidlərin şərəfinə ucalmış abidə və onların məzarı ziyarət edilib.