26.01.2018

Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları ilə görüşü keçirilib

Qax şəhər 5 nömrəli tam orta məktəbdə  şagirdlərin Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları ilə görüşü keçirilib. Tədbirdə məktəb rəhbərliyi, psixoloq, tarix müəllimləri, sinif rəhbərləri iştirak edib.

Müxtəlif yaş qrupundan olan sagirdərə İnsan Hüquqları və Uşaq Hüquqları Konvensiyası haqqında  məlumat verilib. Eyni zamanda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Şagirdlərə İnsan hüquqları ilə bağlı  layihə çərçivəsində beş saat dərsin keçirilməsinin nəzərdə tutulduğunu bildirən Şəki Regional Mərkəzin əməkdaşları sonda ən fəal şagirdlərə sertifikatların təqdim olunacağını qeyd ediblər.