08.02.2018

Vətən üçün hamımız Mübariz

Qax rayonunun ümumtəhsil müəssisələrində tədris ili boyu məktəbli gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə  tədbirlər keçirilir. Qax şəhər 2 nömrəli məktəb-liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Məktəb-liseydə IX-XI sinif şagirdləri arasında basketbol birinciliyi, “Gənc atıcı” dərnəyinin üzvləri arasında  atıcılıq üzrə məktəb birinciliyi, məktəbdə təşkil olunmuş Şagird Elmi Cəmiyyətinin xətti ilə “Vətən üçün hamımız Mübariz" mövzusunda dəyirmi masa keçirilib.