08.02.2018

Qax rayonunun ümumtəhsil müəssisələrində  “Təhsildə keyfiyyət ili”  çərçivəsində fənn gecələrinin keçirilməsi davam etdirilir

Qax rayonunun ümumtəhsil müəssisələrində  “Təhsildə keyfiyyət ili”  çərçivəsində fənn gecələrinin keçirilməsi davam etdirilir. Fənn gecələrinin keçirilməsində məqsəd şagirdlərin həmin fənnə olan meyl və marağının artırılması ilə yanaşı, şagirdlərdə sərbəst fikir söyləmək, müstəqil qərar vermək, problem üzərində düşünmək və dünyagörüşünün artırlmasıdır.

Qıpçaq kənd tam orta məktəbində keçirilmiş ingilis dili gecəsi də məhz bu məqsədlə təşkil olunub. VIII-XI sinif şagirdlərinin iştirak etdiyi fənn gecəsində rollu oyunlara, şeirlərə və bilik yarışlarına daha çox üstünlük verilib. Tədbirdə xarici dilləri öyrənməyin insan həyatında rolu, vacibliyi, ünsiyyət bacarığının formalaşdırılması və sairə haqqında fikirlər səsləndirilib.