12.02.2018

Respublika Fənn Olimpiadalarının nəticələri açıqlanıb

Respublika Fənn Olimpiadalarının nəticələri açıqlanıb. Qeyd edək ki, fevralın 4-də Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirilib. Rayon mərhələsində  Qax rayonunun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 fənn üzrə 149 nəfər iştirak edib. 7 fənn üzrə cavablar artıq açıqlanıb. İnformatika fənni üzrə iştirakçıların nəticələri isə fevral ayının 14-nə qədər bildiriləcək.

Rayon turunun nəticələrinə görə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 8 şagird (2 şagird- IX sinif, 4 şagird-X sinif, 2 şagird-XI sinif), riyaziyyat fənni üzrə  8 şagird ( 2 şagird-IX sinif, 6 şagird X sinif), kimya fənni üzrə  3 şagird ( 1 şagird-IX sinif,  2 şagird- X sinif) ,  biologiya fənni üzrə 9 şagird ( IX sinif- 4 şagird, X sinif-2 şagird, XI sinif- 3 şagird), coğrafiya fənni üzrə  11 şagird  ( IX sinif – 1 şagird,  X sinif - 4 şagird, XI sinif – 6 şagird),  fizika fənni üzrə  5 şagird  (X sinif – 3 şagird, XI sinif – 2 şagird) cəmi 44 nəfər şagirdimiz yarımfinal turunda iştirak etmək hüququ qazanıb.


Açar sözlər: