13.02.2018

Məktəblərarası bilik yarışı keçirilib

Qax şəhər 1 nömrəli tam orta məktəblə şəhər 5 nömrəli tam orta məktəblərin yeddinci sinif şagirdləri arasında biologiya fənni üzrə bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlərin fənnə marağının artırılması, dünyagörüşlərinin formalaşdırlıması, şagirdlərdə sərbəst nitq söyləmək, müstəqil qərar qəbul etmək, ünsiyyət mədəniyyətinin inkişaf etdirilməsi, eyni zamanda  dostluq və əməkdaşlıq hislərinın aşılanmasıdır.

Maraqlı suallar ətrafında kecirilən yarış gərgin dəqiqələrlə başa çatıb. Hər iki məktəbin komandası bərabər bal hesabı ilə kifayətlənməli olub.Yarışın sonunda komandalar bir-birinə xatirə hədiyyələri bagışlayıblar.


Açar sözlər: