14.02.2018

Ədəbiyyat biliciləri

       Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onların mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı Azərbaycanın bütün rayonlarında olduğu kimi Qax rayonunda da “Ədəbiyyat biliciləri”müsabiqəsinin rayon turu keçirilib. Rayon mərhələnin keçirilməsi üçün təhsil şöbəsində təcrübəli və mütaliəsi ilə fərqlənən müəllimlərdən, bədii yaradıcılıqla məşğul olan Azərbaycan və dünya ədəbiyyatına dərindən bələdliyi və geniş mütaliəsi ilə fərqlənən şəxslərdən, metodist və qabaqcıl məktəb kitabxanaçılarından ibarət Təşkilat Komitəsi yaradılıb.

        İştirakcı şagirdlərin oxuduqları sinif fərqini nəzərə almaqla onların biliklərinin aşkara çıxarılmasına, oxuduqları bədii əsərlərin mahiyyətinin, insanların mənəvi tərbiyəsində rolunun, ədəbiyyat tarixində tutduğu real yerin hansı səviyyədə dərk olmasına yönəlmiş tapşırıqlar verilib.

 


Açar sözlər: ,