02.03.2018

Rayonun ümumtəhsil məktəblərində "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd olunur

       Hər il olduğu kimi mart ayının birində rayonun bütün ümumtəhsil məktəblərində "Ümumdünya Mülki Müdafiə Günü"  kimi qeyd olunur. Tədbirlərdə məktəblərin bütün şagird-müəllim kontingenti, eyni zamanda Qax rayon FHN-nin Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şəxsi heyəti və yanğınsöndürmə texnikası da cəlb olunub.

      Tədbirlər ümumi həyəcən siqnalının verilməsi ilə başlayıb, müəllim-şagird kontingenti köçürmə planına uyğun olaraq təyin olunmuş toplanış məntəqəsinə evakuasiya edilib. Tədbir iştirakçılarına "Ümumdünya Mülki Müdafiə Günü"nün mahiyyəti və əhəmiyyəti, fərdi mühafizə vasitələri ilə davranış qaydaları, həyəcan siqnalları, fövqəladə hallar zamanı davranış qaydaları haqqında geniş məlumat verilib.


Açar sözlər: