09.04.2018

Təfəkkürün inkişafı üçün məntiq

Qax rayonu Əmircan kənd ümumi orta məktəbində "Ümumi təhsildə keyfiyyət ili"nin tələbləri baxımından məktəbdə fəaliyyət göstərən dəqiq fənlər üzrə fənn metodbirləşməsi tərəfindən keçirilən müsabiqələr yekunlaşdırılıb. “Təfəkkürün inkişafı üçün məntiq” başlığı altında keçirilən müsabiqələrdə əsasən məktəbin VI-IX sinif şagirdləri iştirak ediblər.

Müsabiqələrdə həm yazılı, həm şifahi şəkildə sınaqlar keçirilib, şagirdlər hazırladıqları layihələri təqdim ediblər. Sınaqların hazırlanmasında elmi və əyləncəli suallardan istifadə edilib. Fənn metodbirləşməsinin növbəti iclasında aparılan sınaqların nəticələri müzakirə olunub, şagirdlər tərəfindən hazırlanan layihələrin ən yaxşıları seçilərək  məktəbin müəllim və şagird kollektivinə təqdim olunub. Təcrübə göstərir ki, layihə metodikasının tətbiqi şagirdlərdə riyaziyyat fənninə olan marağı artırmaqla yanaşı onların məntiqi təfəkkürünü də inkişaf etdirir.


Açar sözlər: ,