13.04.2018

Beynəlxalq Abidələr Günü

 Qax rayonu Zərnə kənd tam orta məktəbinin VIII-IX sinif şagirdləri, tarix, coğrafiya müəllimləri və direktor müavini ilə birlikdə "Beynəlxalq Abidələr Günü" ilə əlaqədar olaraq rayonun müxtəlif kəndlərində yerləşən abidələrə ekskursiya ediblər. Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdlərdə abidələr və tarixi yerlərin öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırlatdığı, vətən sevgisi və ona sadiqlik hisslərini aşılaması fikirlərini formalaşdırmaqdır.

         Ekskursiya zamanı məktəbin direktor müavini Gülnar Əzizova şagirdlərə bildirib ki,  xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. 

          Qax rayonunun Qum kəndində yerləşən qədim “Alban kilsə”si, Çinarlı kəndində yerləşən “Sırt qala”sı, İlisu kəndində yerləşən “Sumuq qala” və “Ulu körpü” tarixi abidələrində olan şagirdlər tarix dərsində bu qədim abidələrlə bağlı əldə etdikləri məlumatları və ekskursiya təəssüratlarını bölüşüblər.


Açar sözlər: ,