04.05.2018

Məktəb Kiçik Akademiyasının hesabat yığıncağı keçirilib

Mayın 3-də Qax şəhər 5 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Məktəb Kiçik Akademiyasının hesabat yığıncağı keçirilib. Tədbirdə akademiyanın üzvləri bir-birindən maraqlı layihələrlə çıxış ediblər.

Şagirdlərin layihələri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Onlar öz layihələrində ana təbiətın qorunmasından, ekoloji tarazlığın qorunub saxlanmasından, məişət tullantılarının təkrar emalından, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi təsirdən, gələcəyin eko-şəhərindən söz açıblar.

Maraqlı layihələrinə və yuksək təqdimat bacarıgına görə məktəb rəhbərliyi şagirdlərə təşəkkür edib və onları mukafatlandırıb.


Açar sözlər: ,