18.05.2018

Mənim ailəm

        Mayın 16-da Qax şəhər  2 nömrəli məktəb – liseydə Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunun müəllimi Dilarə Naxçıvani tərəfindən keçirilən “Ətraf aləmlə tanışlıq” məşğələsinin mövzusu  “Mənim ailəm“ olub.

        Məşğələnin keçirilməsində məqsəd uşaqların ailə haqqında biliklərini genişləndirmək, onlarda ailə üzvlərinə qarşı sevgi və hörmət hissləri aşılamaq, ailənin cəmiyyətdəki rolunu anlatmaqdır. Əvvəlcə şəkillər əsasında uşaqların ailə haqda bilgiləri dinlənilib. Ailə üzvləri, onların vəzifələri haqda uşaqlarla söhbət təşkil edilib. Bir neçə uşaq öz ailəsinin təsvirini verib.

        Anaya, ataya, babaya,nənəyə və s. ailə üzvlərinə aid şer və mahnılar söylənilib. Ailə üzvləri haqqında, ailədə iş bölgüsü haqqında sorğu təşkil edildikdən sonra  “Mənim ailəm“  mövzusunda rollu oyun təşkil edilib. Oyun haqqında müzakirə aparılıb. Ailə üzvlərinin hüquq və vəzifələri, ailənin rolu haqda uşaqların bilikləri genişləndirilib.

        Sonda uşaqların ailədə əhəmiyyəti, ailənin bir dövlət kimi idarə olunduğu, hər kəsin bir rolu, bir vəzifəsi olduğu fikirləri ümumiləşdirilib. Məşğələnin gedişində fərqlənən uşaqlar rəğbətləndirilib.