21.05.2018

Vətən sərhəddən başlayır

Qax rayonu İlisu kənd tam orta məktəbinin Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri Şahin Həsilovun rəhbərliyi ilə kəndin ərazisində yerləşən "N" saylı hərbi hissədə "Vətən sərhəddən başlayır" adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətində gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərimizə hörmət və qayğının göstərilməsidir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, kəndin mədəniyyət işçiləri, Gənclər və İdman idarəsinin rəisi Əlövsət Bayramov və digər qonaqlar iştirak edib.

Məktəbin şagirdləri əsgərlər qarşısında vətənpərvərlik ruhunda bir-birindən maraqlı şeir və mahnılarla çıxış ediblər.