25.05.2018

Keçmişə bax, gələcəyi qur

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Qax şəhər 4 nömrəli tam orta məktəbdə " Keçmişə bax, gələcəyi qur" mövzusunda  elmi-praktik konfrans keçirilib.

Konfransda  Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şərait, dövlətin möhkəmləndirilməsi yönündə atılan addımlar, qonşu dövlətlərlə münasibəti, xarici siyasəti və süqutu ilə bağlı fikirlər müzakirə edilib. Cümhuriyyətin yaradılması və fəaliyyəti ilə bağlı rolu olan şəxsiyyətlər,  onların tariximizdəki rolunun dəyərləndirilməsi ilə bağlı fikirlər səsləndirilib. Tədbirin sonunda “Müstəqilliyimiz əbədidir” mövzusunda  inşa-yazı  müsabiqəsinə yekun vurulub. Qaliblər Qax Rayon Təhsil şöbəsinin diplom və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qax rayon komitəsinin hədiyyələri ilə mükafatlandırılıb.


Açar sözlər: ,