07.06.2018

Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda Respublika müsabiqəsinin zona mərhələsi keçirilib. Müsabiqə  Azərbaycanın  aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin etdirilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi məqsədilə keçirilib.

Müsabiqənin  Şəki şəhərində keçirilən zona mərhələsində rayonumuzu şəhər 3 nömrəli məktəbin biologiya müəllimi  Zərifə Soltanlı və VI sinif şagirdləri Rüfət  Xasiyev və İlahə Sadıqzadə təmsil edib.