01.11.2018

Təhsilyanı şura iclası keçirilib

              Oktyabrın 31-də Qax rayon təhsil şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib. İclasda rayonun ümumtəhsil və məktəbdənkənar müəssisələrinin direktorları, təhsil şöbəsinin əməkdaşları, Dövlət İmtahan Mərkəzinin əlaqələndiricisi iştirak edib.Qax RTŞ-nin müdiri Məmməd Xasiyev iclası açıq elan edib, gündəlikdə duran məsələləri iştirakçıların nəzərinə çatdırıb.

“Ümumi təhsil pilləsinin Dövlət standartları və proqramları”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli qərarının tələbləri baxımından rayonun şəhər 3 nömrəli, Tasmalı, Cəlayir, Turaclı, Zərnə kənd tam orta məktəblərində gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənlərinin tədrisi, şagirdlərə vətəpərvərlik və fiziki tərbiyənin aşılanması vəziyyəti haqqında şöbənin metodisti Nəsimi Allahverdiyevin, rayonun ümumtəhsil məktəblərində təmayül siniflərin və məktəbəhazırlıq qruplarının təşkili sahəsində aparılan işlərin vəziyyəti, ümumtəhsil məktəblərindən və məktəbdənkənar müəssisələrdən qəbul edilmiş 2018-2019-cu dərs ili üçün (ÜM-1) hesabat formalalrının təsdiqi haqqında məsləhətçi Vəli Əmirlinin, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” Azərbaycan Respublikası Prezidentinin 540 nömrəli (19.07.2001) Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 77 nömrəli (10.05.2002) qərarının tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşaqların evdə fərdi təhsilə cəlbi və məktəblərdə bu sahədə işin təşkili vəziyyəti haqqında metodist Fəridə Babayevanın, aparatyanı müşavirənin yekunları haqqında metodist Vüsalə Vəzirovanın məruzəsi dinlənilib.

Daha sonra Respublika müəllimlərinin XV qurultayına nümayəndələrin seçilməsi ilə bağlı müzakirələr aparılaraq iclas yekunlaşdırılıb.


Açar sözlər: