30.11.2016

Təltif olunan müəllimlərimiz var!

Qax Rayon Təhsil Şöbəsində noyabr ayının 30-da Təhsil Nazirliyi tərəfindən fəxri fərman və döş nişanı ilə təltif olunan təhsil işçilərinin təqdimat mərasimi təşkil olunub. Tədbirdə təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin direktorları, məktəbdənkənar müəssisələrin rəhbərləri iştirak ediblər.

Ətraflı
30.11.2016

“Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub

“Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub.

Ətraflı
29.11.2016

Qax Rayon Təhsil Şöbəsində ”Valideynlər üçün açıq saat”  layihəsinə start verilib.

Layihənin keçirilməsində məqsəd cəmiyyətin bütün təbəqələrinin islahat prosesində fəal iştirakını, valideynlərlə daimi əks-əlaqənin qurulmasını, innovativ fikirlərin valideynlər arasında dəstəklənməsini təmin etmək, maarifləndirmə işlərini həyata keçirməkdir.

Ətraflı
29.11.2016

Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək

2-4 dekabr 2016-cı il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir.

Ətraflı
24.11.2016

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə növbəti metodiki seminar keçirilib.

Noyabr ayının 24-də şəhər 5 saylı tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə növbəti metodiki seminar keçirilib.

Ətraflı
24.11.2016

Kolumbiya və Qax rayonunun yeniyetmə voleybolçu qızları yoldaşlıq görüşü keçiriblər.

Azərbaycan və Kolumbiya arasında idman sahəsində mübadilə proqramı çərçivəsində ölkəmizdə səfərdə olan bu ölkənin yeniyetmə voleybolçu qızlardan ibarət komandanın üzvləri noyabrın 23-də Qax rayonuna gəliblər.

Ətraflı
24.11.2016

Almaniyalı qonaqlar və Almaniya Səfirliyinin əməkdaşları alman dili dərsində.

Almaniya Səfirliyinin mədəniyyət şöbəsinin işçisi Cəmilə Ağababayeva və Goethe İnstitutunun metodisti Eike Pockrand, rayonun alman dili müəllimləri, RTŞ-nin xarici dillər üzrə metodisti G.Hacıyeva, RİH-nin əməkdaşları noyabrın 22-də Qax şəhər 5 nömrəli tam orta məktəbin X sinfində alman dili dərsində iştirak ediblər.

Ətraflı
23.11.2016

Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək

Noyabrın 23-də Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulacaq. İmtahanlarda 1000-dən çox rus dili və ədəbiyyatı (rus bölməsi), rus dili (Azərbaycan bölməsi), riyaziyyat və tarix müəllimi iştirak edəcək.

Ətraflı
22.11.2016

Diaqnostik qiymətləndirmə davam edir

Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabrın 22-də davam etdirilib.

Ətraflı
21.11.2016

Güləş üzrə respublika birinciliyi keçirilib

Xaçmaz Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.

Ətraflı
21.11.2016

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verildi

Noyabrın 21-də Qubada dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib.

Ətraflı
18.11.2016

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə

21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.

Ətraflı
18.11.2016

İstedadlı şagirdlərimiz

İstedadlı, hər hansı bir fənn üzrə yüksək potensiala malik olan şagirdlərin üzə çıxarılmasında və inkişafında  olimpiadalar çox mühüm rol oynayır.  Bütün bilik yarışlarında olduğu kimi, olimpiadalarda da uğurla iştirak edərək qalib yer tutmaq üçün  yaxşı hazırlaşmaq lazım gəlir.   

Ətraflı
18.11.2016

Qax Rayon Təhsil Şöbəsində növbəti aparatyanı müşavirə keçirilib.

Oktyabrın 18-i Qax Rayon Təhsil Şöbəsində növbəti aparatyanı müşavirə keçirilib.

16.11.2016

Qax Rayon Təhsil Şöbəsində yeddi mərkəz üzrə dayaq məntəqələrinin iclasları keçirilib.

Noyabr ayının 16-da Qax Rayon Təhsil Şöbəsində yeddi mərkəz üzrə dayaq məntəqələrinin iclasları keçirilib. Yeddi dayaq məntəqəsində 68 nümunəvi açıq dərs təşkil olunub.

Ətraflı