26.08.2016

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə   qəbulu ilə baglı müsahibə başlandı.

 "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə Təhsil Nazirinin 17.07.2013-cü il tarixli 739 nömrəli əmrinə müvafiq olaraq   Qax Rayon Təhsil şöbəsinin tabeliyində yerləşən məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən ərizələrin qəbuluna başlanıb və  avqustun 20-də başa çatdırılıb.

Ətraflı
26.08.2016

Qax Rayon İcra Hakimiyyəti yanında  Şura iclasında 600-dən çox bal toplayan şagirdlər rayon icra hakimiyyətinin rəhbərliyi  və Qax Rayon Təhsiı Şöbəsi tərəfindən pul və qiymətli hədiyyələrlə təltif edildilər.

Tədbirdə Qax RİH-nin başçısı M.Şəkiliyev, RİH başçısının müavini V.Heydərova, Qax RTŞ-nin müdiri M.Xasiyev çıxış etdilər. Qax RTŞ-nin müdiri M.A.Xasiyev öz çıxışında Qax rayonunun məzunlarının ali məktəblərə qəbul imtahanında göstərdiyi nəticələri təhlil edərək bu tədris ilində də nəticələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.

Ətraflı
22.08.2016

Məktəbəhazırlıq qruplarının təşkili uğurlu təhsilin təməlidir.

 Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” 2016-cı il 11 iyul tarixli 271 nömrəli, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 iyul tarixli, 272 nömrəli qərarlar qəbul edilmişdir.

Ətraflı
19.08.2016

Şagirdlərin sevimlisi, peşəsinin vurğunu…

Bayramova Məryət Abdurahman qızı Qax şəhər 4 nömrəli tam orta məktəbin kimya müəllimidir. Pedaqoji karyerasına 1979-cu ildən Sarıbaş kənd tam orta məktəbindən başlayıb.

Ətraflı
15.08.2016

“Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsində Qax məktəblilərinin çıxışı uğurlu olmuşdur

 “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsində Qax məktəlilərinin çıxışı uğurlu olmuşdur. Belə ki, təqdim olunan işlər arasında şəhər 2 saylı məktəb-liseyin 10-cu sinif şagirdi Allahverdi Aydan III dərəcəli diplom və pul mükafatı və Almalı kənd tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılova Lalə həvəsləndirmə diplomu , pul mükafatı ilə təltif olunmuşlar.

Ətraflı
15.08.2016

Qax Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işlərinə başlanılmışdır.

 

Yeni dərs ilinə hazırlıq məqsədilə rayonun İlisu kənd tam orta məktəbi təmir olunur. Məktəb binasının dam örtüyünün dəyişdirilməsi, qapı və pəncərələrinin yenisi ilə əvəz olunması, sinif otaqlarının və dəhlizlərinin döşəmələrinin təmir edilməsi nəzərdə tutulmuşdur.

Ətraflı
12.08.2016

Sizinlə fəxr edirik! 
 

 Bu il qəbul imtahanlarında 600-dən yüksək bal toplayan 10 nəfər məzunumuzu səmimi qəlbdən təbrik edirik.

Ətraflı
12.08.2016

Qax məktəblilərinin daha bir uğuru!

Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Hacızadə Ayşən Namiq qızı qızıl medala layiq görülmüşdür.

Ətraflı
05.08.2016

Əsgər ölməz, Vətən bölünməz

Texniki Yaradıcılıq Mərkəzinin bir qrup dərnək rəhbəri və dərnək üzvləri iyul ayının 26 və 27 tarixlərində  Qax şəhərindəki və Güllk kəhdindəki Şəhidlər Xiyabanlarını  ziyarət etmişlər. Məqsəd məktəblilərin yay tətili günlərində asudə vaxtlarının təşkili ilə əlaqədar “Əsgər ölməz, Vətən bölünməz”  mövzusunda hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması və vətənə məhəbbət hisslərinin daha  möhkəmləndirilməsidir

Ətraflı
29.07.2016

Məktəblilərin asudə vaxtinin səmərəli təşkili məsqədi ilə silsilə tədbirlərimiz davam edir.

28 iyul 2016-cı il tarixdə  Qax şəhər Uşaq Gənclər İdman Məktəbində  stolüstü tennis  üzrə  “Açıq birinciliyi” keçrilib.  Yarışlar  şagirdlərin  yay tətili  müddətində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə təşkil edilib.

      

Ətraflı
26.07.2016

Bu il də Qax məktəbliləri nəticələrinə görə respublikada fərqləndi

30 iyun 2016-cı il tarixdə Qax rayonunun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılış imtahaları keçirilmişdir.

Ətraflı
26.07.2016

Qax rayonu Uşaq Gənclər Şahmat Məktəbində  şagirdlərin  asudə vaxtının səmərəli təşkili məqsədilə ildırım sürətli açıq şahmat birinciliyi keçirilib

Turnir 25.07.2016-cı il tarixində Qax rayon UGŞM –də keçirildi.Turnirdə məqsəd şahmatçıların yay tətilinin və asudə vaxtının səmərəli təşkilini təmin etmək və uşaqların şahmata olan maraqlarının daha da artırmaqdır.

 

 

Ətraflı
22.07.2016

Qax rayon Uşaq Gənclər İdman Məktəbində şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə tədbir keçirilib

19 iyun 2016-cı il tarixdə Qax rayon Uşaq Gənclər İdman Məktəbinin güləş zalında şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.  Müvafiq olaraq 6 və 9 çəki dərəcəsində təşkil olunan yarışda ümumilikdə 60 yeniyetmə iştirak edib. Hər çəki dərəcəsində qaliblər müəyyən edilib və UGİM rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıb.

Ətraflı
15.07.2016

" Meşələri qoruyaq " gənc meşəçilərin V Respublika müsabiqəsində Qax şəhər V.Əliyev adına 3 saylı tam orta məktəbin IX sinif şagirdi Abdullazadə Ramiyə və VI sinif şagirdi Xasiyev Emil müsabiqənin qalibləri olublar.

Qax şəhər V.Əliyev adına 3 saylı tam orta məktəbin IX sinif şagirdi Abdullazadə Ramiyə və VI sinif şagirdi Xasiyev Emil 03.07.2016-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dəstəyi ilə məktəblilər arasında keçirilən " Meşələri qoruyaq " gənc meşəçilərin V Respublika müsabiqəsində öz layihələri ilə uğurla iştirak etdilər .

      

Ətraflı
11.07.2016

Təhsil naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 19 iyul 2016-cı il tarixində saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı