Heydərov Babək Yamil oğlu 1980–cı ildə  Qax şəhərində anadan olub.1997–2001–ci illərdə  Azərbaycan  Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavr, 2001–2003-ci illərdə isə həmin тəhsil müəssəsində ümumi dilçilik ixtisası üzrə magistr səviyyəsini başa vurub. 2004-cü ilin sentyabr ayından Qах rayonu  Çinarlı kənd ümumi orta məktəbində тəlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

             23 dekabr 2009-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində Qax bələdiyyəsinə üzv seçilib, 2014-cü ilin dekabr ayınadək həmin bələdiyyənin  gənclər və hüquq məsələləri daimi komissiyasının sədri olub. 31 may 2012-ci il tarixdən Qax Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsində çalışır.

              2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Qax rayonu üzrə namizədliyi irəli sürülüb.

              Ailəlidir, iki övladı var.