Xasiyev Məhəmməd Abdurahman oğlu 1948- ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. 1971-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 1971-ci ilin sentyabr ayından Qax rayonu Dəymədağlı kənd tam orta məktəbində tədris-hissə müdiri kimi əmək fəaliyyətinə başlayıb.

1991-ci ilə kimi rayonun ayrı-ayrı məktəblərində тəlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.1991-ci ildən 1992-ci ilin sentyabr ayına kimi Qax Rayon İcra Hakimiyyətində icra hakiminin humanitar məsələlər üzrə müavini vəzifəsində işləyib.1992-ci ilin sentyabr ayından hal-hazıradək Qax Rayon Təhsil Şöbəsinin müdiri kimi əmək fəaliyyətini davam etdirir.

              1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü və Qax rayon təşkilatının sədr müavinidir. 2008- ci ildə cənab prezidentin müvafiq sərancamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.

               Ailəlidir, üç övladı var.