25.06.2016

Valideynlərin nəzərinə

        

        Qax RTŞ-nin rəhbərliyi bildirir ki,  Azərbaycan Respublikası Təhsil Nazirinin 17 iyul 2013-cü il tarixli “ Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın tələblərinə uyğun olaraq rayon təhsil şöbəsində xüsusi komissiya yaradılmışdır. Həmin əmrə əsasən  vaxtından əvvəl Isinfə qəbul cari ilin 16 setyabr – 31 dekabr müddətində 6 yaşı tamam olan uşaqlara şamil edilir.

        Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri iyul ayının 20-dən başlayaraq  avqust ayının 20-dək təhsil şöbəsində qeydiyyata alınır. Uşaqların seçimi  rayon təhsil şöbəsinin müəyyən etdiyi günlərdə , komissiya tərəfindən sentyabrın 10-nadək həyata keçiriləcəkdir.