23.06.2017

 Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu "Qaydaları”na dəyişikliklər olunub

         Qax RTŞ-nin rəhbərliyi bildirir ki,  Azərbaycan Respublikası Təhsil Nazirinin 17 iyul 2013-cü il tarixli “ Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın və əmrdə dəyişiklik edilməsi barədə 03 mart 2017-ci il tarixli 128 nömrəli əmrinin tələblərinə uyğun olaraq rayon təhsil şöbəsində xüsusi komissiya yaradılıb. Həmin əmrə əsasən  vaxtından əvvəl I sinfə qəbul cari ilin 16 sentyabr – 31 dekabr müddətində 6 yaşı tamam olan uşaqlara şamil edilir.

        Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri iyun ayının 20-dən başlayaraq  iyul ayının 20-dək təhsil şöbəsində qeydiyyata alınır. Uşaqların seçimi  rayon təhsil şöbəsinin müəyyən etdiyi günlərdə, komissiya tərəfindən avqustun 10-dək həyata keçiriləcəkdir.