Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiqi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri

Uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”  təsdiq olunsun (əlavə edilir).

2. Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq olunmuş “Uşaqların (şagirdlərin) ümumi təhsil  müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” qüvvədən düşmüş hesab edilsin.

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

3.1. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nı rəhbərlik və icra üçün qəbul etsinlər.

3.2. Həmin “Qaydalar”ın məzmununun məktəb rəhbərlərinə, bütövlükdə pedoqoji kollektivlərə və valideynlərə çatdırılmasını təmin etsinlər.

3.3. Şagird qəbulu və yerdəyişməsi ilə bağlı məsələlərin müəyyən olunmuş qaydalar daxilində həyata keçirilməsi üçün  lazımi tədbirlər görsünlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavəsi ilə “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

 

Mikayıl Cabbarov

Azərbaycan Respublikasının

təhsil naziri

20.06.2014-cü il

№738