“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi final turunda şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi İsmayılova Dostu Qəzənfər qızı I yerə layiq görülmüşdür

          “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planının icrası məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilib.

          Müsabiqədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Müsabiqənin 30 mindən çox şagirdin iştirak etdiyi məktəb və rayon (şəhər) mərhələləri ötən ilin oktyabr-noyabr aylarında təşkil olunub. İnşa müsabiqəsinin ölkə mərhələsində bütün bölgələr əhatə olunmaqla 101 şagird iştirak edib.

          İnşa yazılar Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılıb. Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü, 20 nəfər həvəsləndirici yerə layiq görülüb.Şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi İsmayılova Dostu Qəzənfər qızı I yerə layiq görülmüş, diplom, tərifnamə və hədiyyələrlə təltif edilmişdir.