“Eksternat qaydasında imtahan verəcək şəxslərdən aralıq imtahanları götürmək  üçün komissiyaların yaradılması haqqında”Qax Rayon Təhsil Şöbəsinin 20 aprel 2016-cı il tarixli 39 №-li əmri

“Eksternat qaydasında imtahan verəcək şəxslərdən aralıq imtahanları götürmək  üçün komissiyaların yaradılması haqqında”

 

Azərbaycan  Respublikası  Təhsil N azirliyinin 21 fevral  2012- ci il tarixli 242 №-li əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”ın tələblərini əsas tutaraq əmr edirəm:

Rayon təhsil şöbəsinə ərizə ilə müraciət edərək sərbəst (eksternat) təhsilalma formasında müstəqil hazırlaşıb ümumorta  və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında  iştirak etmək istəyən şəxslərdən aralıq imtahanları  qəbul etmək üçün aşağıda adları qeyd olunan  fənlər üzrə göstərilən qaydada komissiyalar yaradılsın.

 

Xarici dil fənni üzrə

 

İradə Mehdiyeva  - sədr - Şəhər 2№- li məktəb-lisey

Bəsti Əzimova  - üzv - Şəhər 4 №-li tam orta məktəb

Mətanət Əmirova - üzv -   Şəhər 3№-li tam orta məktəb

Xalid Heydərov   - üzv - Cəlayir kənd tam orta məktəb

 

Tarix, Azərbaycan tarixi, insan və cəmiyyət, Azərbaycan Respublikası Konstitusiyası  fənləri üzrə

 

Hacıxan İsgəndərov  -  sədr - Qax RTŞ

Vəli Əmirli   - üzv - Qax RTŞ

            Vidadi  Şıxəmirov - üzv - Şəhər 2№- li məktəb-lisey

Məcid  Yusifov  - üzv - Şəhər 4 №-li tam orta məktəb

 

Coğrafiya, iqtisadiyyatın əsasları fənləri üzrə

 

Nəsimi Allahverdiyev  - sədr - RTŞ-nin metodisti

Nazim Rəsulov – üzv - Şotavar kənd tam orta məktəb

Zalxa Razıyeva – üzv -  Şəhər 2№- li məktəb-lisey

Sevil Əsgərova – üzv -  Şəhər 5 №-li tam orta məktəb

 

Kimya, biologiya, həyat bilgisi fənni üzrə

 

Günay Mahmudova - sədr - RTŞ-nin metodkabinetinin direktoru

Şirin Mahmudova – üzv -  Şəhər 4 №-li tam orta məktəb

Ramil Həbilov – üzv - Tasmalı kənd tam orta məktəb

Gülər Vəliyeva – üzv - Qum kənd tam orta  məktəb

 

Fizika,  astronomiya fənləri  üzrə

 

İbrahim Həşimov - sədr - Qax RTŞ

Həsən Həsənov - üzv - Qıpçaq kənd tam orta məktəb

Cavidan Razıyev - üzv - Qaratala kənd tam orta  məktəb

Sevil Arixova  - üzv - Şəhər 5 №-li tam orta məktəb

ə) İnformatika  fənni üzrə

1. Təranə Həşimova   - sədr - Qax RTŞ  metodist

2. Müzəffər  Səfərov  - üzv  - Almalı kənd tam orta məktəb

3. Rasim Çələbiyev – üzv - Qaxbaş kənd 2 №-li tam orta məktəb

4. Eldar Cumayev – üzv - Tasmalı kənd tam orta məktəb

 

Ərizəsi qeydə alınmış eksternin  adı müvafiq qaydada məktəbin şagirdlərinin siyahısına daxil edilsin.

Aralıq  imtahanları 10-20 may  2016- cı il tarixlərdə aparılsın.

Aralıq imtahanlarında  müsbət qiymət alan eksterinlərin  adlı siyahısını   lazım olan sənədlərlə birlikdə təhsil şöbəsinin  rəsmi məktubu ilə  Təhsil Nazirliyinə  göndərilməsini təmin etmək  RTŞ-nin  məsləhətçisi  İ.Həşimova  tapşırılsın.

Əmrin icrasına nəzarət  RTŞ-nin  müdir müavini B. Heydərova  həvalə edilsin.