18.01.2017

Qan yaddaşımız!

      Güllük kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar-Qan Yaddaşımız” adlı silsilə tədbirlər keçirilib. Məktəbdə rəsm, inşa, foto sərgi müsabiqələri, həmçinin Uşaq Birliyi Təşkilatı xətti ilə “Bu qan yerdə qalan deyil” adlı şeir müsabiqəsi, kitabxana xətti ilə “20 Yanvar – Müstəqilliyimizin şəhidlik zirvəsidir” adı altında keçirilən tədbirlər tarix müəllimi Solmaz Muradovanın XI sinif şagirdləri ilə hazırladığı “Şəhid qanı axan yerdə gül bitər” adlı ədəbi-bədii kompozisiya ilə yekunlaşdırılıb.