20.01.2017

20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Qax rayonunda anım mərasimi keçirilib.

      20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Qax rayonunda anım mərasimi keçirilib. İlk öncə şəhidlər xiyabanında şəhidlərin məzarı üstünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Daha sonra Qax Rayon Təhsil Şöbəsinin akt zalında tədbir davam etdirilib. Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxışında 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar kimi fikirlər səsləndirib.

      Tədbir 20 Yanvar hadisələrinə həsr olunmuş filmin nümayişi ilə sona çatdırılıb.