26.11.2018

Təhsilyanı şuranın növbəti iclası keçirilib

Noyabrın 24-də Qax rayon təhsil şöbəsinin akt zalında növbəti təhsilyanı şura iclası keçirilib. İclasda Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın II strateji istiqamətinin tələbləri baxımından Qaxbaş kənd 2 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işlərinin təşkili və gedişi vəziyyəti haqqında Vəli Əmirlinin, Azərbaycan Respublikası təhsil nazirinin “2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə” 28.08.2017-ci il tarixli 261 nömrəli əmrinin tələblərinə əsasən rayonun Zəyəm, Qaratala, İlisu, Qaxbaş kənd 1 nömrəli tam, Aşağı-Malax, Lələli kənd ümumi orta məktəblərində fizika fənninin tədrisi vəziyyəti haqqında Günay Mahmudovanın,  “Təhsil sistemində tərbiyə işinin vəziyyəti: reallıqlar, perspektivlər haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarının tələblərinə uyğun olaraq rayonun Şəhər 4 nömrəli, Qum, Şotavar, Cəlayir kənd tam, Çinarlı, Qarabaldır kənd ümumi orta məktəblərində sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi, şagirdlərin asudə vaxtının səmərəli təşkili sahəsində görülmüş işlər haqqında Təranə Həşimova və Leyla Rzayevanın məruzələri, Azərbaycan Respublikası təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550№-li əmrinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində şəhər 5 nömrəli tam orta məktəbin  direktoru Sevil Əsgərovanın hesabatı dinlənilib, müzakirə olunub.

İclasda Şəhər 5 nömrəlİ tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Şəkiliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanı, Qaxbaş kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi Südabə Əhmədova Təhsil Nazirliyini Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak etmiş şagirdlərin iştirakçı sertifikatları məktəb rəhbərlərinə təqdim olunub.