21.02.2019

Növbəti aparatyanı müşavirə keçirilib

Qax rayon təhsil şöbəsində növbəti aparatyanı müşavirə keçirilib. İclasda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun və "Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə"nin tələbləri baxımından rayonun Tasmalı, Ağyazı, Qaxingiloy kənd tam, Qarabaldır, Lələli kənd ümumi orta məktəblərində valideynlərlə aparılan işin vəziyyəti müzakirə olunub, "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" Azərbaycan Respublikası təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin tələblərinə əsasən rayonu İbaxlı kənd ümumi orta məktəbinin direktoru Rahilə Zeynalovanın gördüyü işlərə dair hesabatı dinlənilib.