08.04.2019

Növbəti təhsilyanı şura iclası keçirilib

        Qax rayon təhsil şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib. İclasda təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak edib.

         İclasın gündəliyində duran məsələlərdən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamının tələbləri baxımından rayonun Amanlı, Armudlu və Şıxlar kənd ibtidai məktəblərində təlim-tərbiyə sahəsində görülmüş işlərin vəziyyəti haqqında şöbənin məsləhətçisi Vəli Əmirlinin,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları”nın tələblərinə əsasən rayonun Qaratala, Qaşqaçay kənd tam, Qarabaldır, Lələpaşa, Çüdüllü kənd ümumi orta məktəblərində coğrafiya fənninin tədrisi, şagirdlərin ekoloji tərbiyəsi istiqamətində görülən işlərin vəziyyəti haqqında şöbənin metodisti Vüsalə Vəzirovanın, “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan  Respublikası təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin tələblərinə uyğun olaraq rayonun Almalı, Zəyəm, Qıpçaq kənd tam, Güllük, Meşəbaş kənd ümumi orta məktəblərində ibtidai siniflərdə təlim işinin gedişi vəziyyəti haqqında metodist Fəridə Babayevanın, 2017-2018-ci dərs ilində rayonun ümumtəhsil məktəbləri şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin müzakirəsi haqqında məsləhətçi Aynur Dursunovanın, RTŞ-nin 2018-2019-cu dərs ilinin buraxılış imtahanlarına hazırlıqla əlaqədar tədbirlər planının təsdiqi, aparatyanı müşavirənin nəticələri haqqında məruzələri dinlənilib, müzakirə olunub.


Açar sözlər: