17.04.2019

Aparatyanı müşavirə

Aprelin 17-də Qax rayon təhsil şöbəsində aparatyanı müşavirə keçirilib. Müşavirədə aşağıdakı məsələlər müzakirə olunub:

1.”Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin tələbləri baxımından rayonun şəhər 4 nömrəli, İngiloy-Kötüklü, Şotavar, Zəyəm, Alatəmir kənd tam, Lələli, Meşəbaş kənd ümumi orta məktəblərində dərsə davamiyyətin vəziyyəti

2.”Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin tələbləri baxımından rayonun Şəhər 5 nömrəli, Zərnə, Qorağan, Cəlayir, Qaşqaçay, Əlibəyli kənd tam, Güllük, Əmbərçay kənd ümumi orta məktəblərində buraxlış imtahanlarına hazırlığın vəziyyəti haqqında

3.Rayonun şəhər 1 nömrəli, Ləkit, Qorağan kənd tam, Fıstıqlı, Əmircan kənd ümumi orta məktəblərində səhər idmanının təşkili və şagirdlərin fiziki tərbiyəsi sahəsində görülmüş işlərin vəziyyəti haqqında

4.”Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın III strateji istiqamətinin tələblərinə əsasən rayonun şəhər 3 nömrəli, Zəyəm, Marsan, Tasmalı, Qorağan, Qaxbaş kənd 1 nömrəli tam, Lələli, Qapıçay, Fıstıqlı kənd ümumi orta məktəblərinin rəhbərləri tərəfindən dərs dinləmə vasitəsi ilə tədris prosesinə nəzarətin vəziyyəti

Birinci məsələ ilə bağlı şöbənin məsləhətçiləri Aynur Dursunova, Şarmazi Tartaraşvili, ikinci məsələ barədə metodkabinetin müdiri Günay Mahmudova, üçüncü məsələ ilə əlaqədar şöbənin metodisti Nəsimi Allahverdiyev, dördüncü məsələ ilə bağlı metodkabinetin müdiri Günay Mahmudova, şöbənin məsləhətçisi Aynur Dursunova məruzə edib. Gündəlikdə duran məsələlər müzakirə edilib, aparatyanı müşavirə təkliflərini verib.