25.04.2019

Direktor müavinlərinin seminarı

Qax rayon təhsil şöbəsinin akt zalında təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin növbəti seminarı keçirilib. Seminarda bir sıra məsələlər müzakirə olunub, o cümlədən Təhsil Nazirliyinin 12.04.2019-cu il tarixli K-405 nömrəli əmri ilə bağlı RTŞ-nin tədbirlər planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, icra vaxtı ilə əlaqədar tapşırıqlar verilib. Məktəb psixoloqu ilə birlikdə məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.