02.09.2020

Əsgərə məktub

Qax şəhər 2 nömrəli məktəb-liseydə “Əsgərə məktub” adlı layihə həyata keçirilib.  Məktəb-liseyin direktoru Şəkər Abdullayeva ilə layihə haqqında söhbətimiz zamanı o bildirdi ki,  Azərbaycan şanlı ordusunun iyun ayında Tovuz bölgəsindəki döyüşlərdə göstərdiyi şücaət və igid oğullarımızın vətən uğrunda qəhrəmancasına şəhid olması ilə ölkənin hər yerində, eyni zamanda dünyada yaşayan azərbaycanlılar ayağa qalxdı, həmrəylik nümayiş etdirərək ordumuza dəstək olduqlarını bildirdilər. Təhsil müəssisəsi kimi əsas məqsədimiz yetişməkdə olan nəsilə vətənpərvərlik hisslərini aşılamaq ən ümdə vəzifələrimizdəndir. Bu ərəfədə məktəbin müəllim kollektivi adından, eyni zamanda şagirdlərimizin də qoşulduğu "Əsgərə məktub" layihəsinə start verdik. Bütün siniflər əhatə olunmaqla şagirdlərimiz əsgərlərə öz dəstəyini nümayiş etdirən məktublar yazdı. Həmin məktubları Müdafiə Nazirliyinə göndərərək Tovuz bölgəsindəki hərbi hissələrə çatdırılmasını xahiş etmişdik.

Qeyd edək ki,  Avqustun 28-də  Müdafiə Nazirliyinin "İdeoloji iş və Mənəvi-Psixoloji Təminat İdarəsi"ndən  başda məkətb-liseyin direktoru Şəkər Abdullayeva olmaqla bütün məktəb kollektivinə təşəkkür məktubu göndərilib. Məktəbin VII sinif şagirdi Mələk Mehrablının  yazdığı məktub isə “Azərbaycan Ordusu” qəzetində çap edilib.  Bütün bunlar ordumuza göstərilən diqqət və qayğının fonunda orduya dəstək olan hər bir vətəndaşa da göstərilən diqqətin bariz nümunəsdir.

Müdafiə Nazirliyindən göndərilmiş təşəkkür məktubunu və Mələk Mehrablının qəzetdə dərc olunmuş məktubunu sizinlə paylaşırıq.


Açar sözlər: ,